XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2017 - 15:38

Yeni “iPhone” modeli “Apple” smartfonları arasındaən bahalısı olacaq

Sentyabrın 12-də təqdim ediləcək yeni “iPhone 8” modeli “Apple” smartfonları arasında ən bahalısı olacaq. AZƏRTAC xəbər verir ki, bu barədə “Telegraph” nəşri məlumat yayıb.

Bildirilir ki, “Apple” smartfonlarının istehsalı ilə məşğul olan “Foxconn” şirkəti nümayəndələrinin sözlərinə görə, qurğu bahalı olacaq, onun ən sadə versiyasının qiyməti isə min dollar təşkil edəcək. Bununla yanaşı, “iPhone 7s” və “7s Plus” modelləri müvafiq olaraq 782 və 938 dollaradək ucuzlaşacaq.

Bu il “Apple” mobil qurğularının onillik yubileyi tamam olur. Yeni qurğunun bütün üst paneli əhatə edən ekran, infraqırmızı skanerə malik sifətin tanınması proqramı və üçölçülü (3D) kamera ilə təchiz ediləcəyi gözlənilir.

“iPhone 8” bir neçə rəng variantında – qara, ağ və mis və ya çəhrayı-qızılı rəngdə buraxılacaq. Təqdimatda, həmçinin yeni “ağıllı” saat versiyaları və “Apple TV” servisinin nümayişi nəzərdə tutulur(azərtac).