XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2017 - 16:42

Azərbaycan I Divizionunda 8 klubun iştirakına icazə verilib- Siyahı

Bu gün AFFA və Peşəkar Futbol Liqasının birgə komissiyası I Divizionda çıxış etmək istəyən klubların müraciətlərinə baxıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müzakirələrdən sonra sənədləri qaydasında olan 8 klubun I divizionda iştirakına icazə verilib. 

Bunlar “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK-dir.

“Binə”, “Şahdağ” (Qusar), “Göyəzən”, “Göyçə”, “Xəzər” , “Karvan”, “Energetik” və “Bakılı” isə sənədlərini tam təqdim etməyib. Onlara 12 sentyabr saat 18:00-dək vaxt verilib.