XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2015 - 04:43

Bakıda bu taksilərdə – pulsuz Wi-Fi olacaq
Bakıda bu taksilərdə pulsuz Wi-Fi olacaq
 
Bakıda “City Taxi” sərnişindaşıma şirkəti maraqlı bir ilkə imza atıb. Bu şirkətin taksilərində sərnişin olduğunuz müddətdə internetə çıxış sizin üçün pulsuz olacaq. Məsələ burasındadır ki, “City Taxi” şirkəti öz taksilərinə “Wi-Fi” quraşdırıb və səyahət zamanı sərnişinlərin internetdən pulsuz istifadəsini təmin edir.

“City Taxi” şirkəti əhalinin informasiyaya olan tələbatını nəzərə alaraq belə innovasiyanı həyata keçirib. 21-ci əsrin reallıqları evdə, işdə, istirahətdə və səyahətdə olduğunuz zaman qlobal şəbəkədə qalmağınızı tələb edir. “City Taxi” öz müştərilərinə bu şansı səyahət zamanı da verir.
Şirkətə zəng edib “Wi-Fi” çıxışı olan taksi sifariş etdikdən dərhal sonra SMS vasitəsilə “Wi-Fi” kodunu, avtomobil və sürücü barədə məlumatları alırsınız.
 
Bu taksiləri aşağıdakı qaydalardan biri üzrə sifariş edəbilərsiniz:
 
– *8844 qısa və yaxud 994-12-310-08-44 şəhər nömrəsi ilə dispetçer vasitəsilə
 
– www.citytaxi.az saytı vasitəsilə
 
– App Store və Play Market onlayn şəbəkələrində yerləşdirilmiş City Taxi tətbiqi vasitəsilə