XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 05:30

“Saakaşvilini it kimi döyəcəm…” – Yəhudi oliqarxdan təhdid

“Mən, 2011-ci ildə Mixail Saakaşviliyə seçkiöncəsi təşviqat üçün pul ayırmışdım”.

Bunu Ukrayna mətbuatına müsahibəsində yəhudi oliqarx İqor Kolomoyski söyləyib. O, Saakaşvili ilə Odessaya qubernator təyin olunmazdan öncə görüşdüklərini bildirib:

“O, bizi özünün tərifləri və gürcü sağlıqları ilə ələ aldı. Daha sonra mənə Putinin necə bir nömrəli düşməni olmağımı xatırlatdı. Nə vaxtsa onu ələ keçirsəm, sifətini dağıdacağam. Qoy vəzifəsindən getsin, gedən kimi it kimi döyəcəm onu. 2011-ci ildə onunla birgə Xorvatiyaya getmişdik. Hətta ona Gürcüstandakı seçkiöncəsi təşviqatı üçün pul da verdim”.

Qeyd edək ki, Saakaşvili bir müddət öncə Ukrayna büdcəsini Baş nazir Arseni Yaçenyuk və oliqarx İqor Kolomoyskinin taladığını bildirib.

Axar.az