XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

10 Sentyabr 2017 - 12:38

Salyan həbsxanasında atışma- Hərbçi yaralandı

Bu gün səhər saatlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunun Yenikənd kəndində yerləşən, el arasında “Xələc türməsi” adı ilə tanınan 5 saylı cəzaçəkmə müəssisəsinin mühafizə xidmətində qulluq edən əsgər, 1998-ci ildə anadan olmuş Əyyublu Əyyam Mamay oğlu qarın boşluğundan aldığı güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Virtualaz.org saytının məlumatına görə, hazırda əsgərin üzərində cərrahiyyə əməliyyatı aparılır. Hələlik hadisənin hansı şəraitdə baş verməsi barədə rəsmi açıqlama verilməyib.

Faktla bağlı Respublika Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.