XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

10 Sentyabr 2017 - 13:32

Sabah hava necə olacaq?- PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. 
 
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  20-23°, gündüz  27-31° isti, Bakıda gecə  20-22°, gündüz  28-30° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  55-65 % olacaq. 
 
Azərbaycanın rayonlarında sentyabrın 11-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı  ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  18-23° isti, gündüz  30-35°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.