XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2017 - 21:46

İran prezidenti Azərbaycana səfər edəcək- Gələn ay

İran prezidenti Həsən Ruhani oktyabrda Azərbaycana səfər edəcək.
 

APA-nın Tehran bürosunun məlumatına görə,  bu barədə Həsən Ruhani bu gün  Tehranda Qazağıstan səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
 
H.Ruhani Astanda Azərbaycanlı həmkarı  İlham Əliyevlə görüşdüyünü deyib:  “Görüşdə Azərbaycan prezidentinin rəsmi dəvəti ilə gələn ay Bakıya baş tutacaq səfərim,  daha sonra isə İran, Azərbaycan və Rusiya prezidentlərinin  Tehranda keçiriləcək zirvə toplantısı haqqında danışıqlar apardıq”. H.Ruhani əlavə edib ki, Astanada  keçirdiyi görüşlərdə  həmçinin 2017-2018-ci illərdə neft qiymətləri ilə bağlı danışıqlar aparıb.
 
Qeyd edək ki, bu gün Astanada Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin görüşü olub.  Prezident İlham Əliyev İranlı həmkarını  ölkəmizə səfərə dəvət edib.  Dövlət başçıları Qazaxıstanın paytaxtında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində iştirak ediblər.