XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2017 - 22:08

“Neftçi” cari mövsümdə 3-cü dəfəməğlub olub

Azərbaycan Premyer Liqasında IV turun daha bir qarşılaşması keçirilib.

"Report"un məlumatına görə, "Sumqayıt" "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 25-ci dəqiqədə penaltidən Amil Yunanov vurub.

Bununla da "Sumqayıt" ardıcıl 2-ci qələbəsini qazanıb, "Neftçi" isə 3-cü məğlubiyyətə məruz qalıb. Lakin bu nəticə komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 5-ci pillədə qalıb. Flaqman isə 1 xalla 7-cidir.

Turun ilk 2 oyununda "İnter" "Kəpəz"i 3:2 hesabı ilə məğlub etdiyi halda, "Qəbələ" "Zirə" ilə heç-heçə edib – 1:1. Bu tur çərçivəsində keçirilməsi planlaşdırılan

"Səbail" – "Qarabağ" görüşü isə Ağdam təmsilçisinin müraciəti əsasında ertələnib. Buna səbəb komandanın sentyabrın 12-də İngiltərədə "Çelsi" ilə keçirəcəyi

Çempionlar Liqasının oyunudur.

Azərbaycan Premyer Liqası, IV tur

19:00."Sumqayıt” – "Neftçi” – 1:0

Qol: Amil Yunanov, 25-penalti ilə

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

"Kapital Bank Arena”