XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2017 - 13:14

Mehman Əliyev azadlığa buraxıldı –QƏRAR

Yasamal rayon məhkəməsi bu gün Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində olan həbs qərarını dəyişdirib.

Strateq.az bildirir ki, bu barədə vəkil Fuad Ağayev məlumat verib. Mehman Əliyev məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunan cənab Əliyev barəsində avqustun 25-də 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Vəkil Ağayev bildirib ki, o məhkəmədən dərhal azad edilib və ondan məhkəmə istintaqı müddətində başqa yerə getməmək barəsində iltizam alınıb.