XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2017 - 13:37

Mehman Əliyev açıqlama verdi:"“Turan”ın bundan sonra necə fəaliyyət göstərəcəyi bilinmir”

Mehman Əliyev azadlığa çıxandan sonra mətbuata açıqlamasında ilk növbədə ona dəstək verdiyinə görə, Azərbaycan ictimaiyyətinə təşəkkür edib. 

O, deyib ki, “Turan” Agentliyinə qarşı açılan cinayət işinin sübuta yetməyəcəyinə inandığını vurğulayıb.  M.Əliyev təcridxana normal münasibət gördüyünü bildirib. M.Əliyev ölkə başçısına müraciət etdiyini, orada özünün jurnalist fəaliyyəti, “Turan”ın işi, açılan cinayət işi barədə məlumat verdiyini xatırladıb. “Turan”ın bundan sonrakı işinə gəlincə, o, “bizim vəsaitimiz yoxdur, bank hesablarımız bağlanıb, “Turan”ın bundan sonra necə fəaliyyət göstərəcəyi bilinmir” deyib.

O, həbsdən buraxalandan sonra birbaşa öz evinə gedib.