XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

11 Sentyabr 2017 - 15:58

İsrail səfirliyi Lapşinlə bağlı açıqlamayaydı

“İsrail Azərbaycan Prezidentinin bloqer Aleksandr Lapşinin əfv edilməsi barədə qərarını müsbət qarşılayır”.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İsrail səfirliyindən bildiriblər. Qeyd olunub ki, İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupunun səylərini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.