XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2017 - 13:16

Türkmənistandan Azərbaycana gələn bərədə terror aktının qarşısı alınıb- İki qardaş həbs olunub

Avqustun 28-də Türkmənistanın xüsusi xidmət orqanları tərəfindən Türkmənbaşı şəhərinin limanında terror aktının qarşısı alınıb.
 
APA-nın “Türkmənistan xronikası" portalına istinadən verdiyi xəbərə görə, Türkmənistan vətəndaşı olan iki qardaş (ad və soyadları açıqlanmır) Türkmənbaşı-Bakı reysini yerinə yetirən "Bəxtiyar" adlı yük-sərnişin bərəsinə partlayıcı qurğu keçirməyə cəhd edib.
 
Bildirilir ki, qardaşlar müxtəlif yerlərə bilet alıb, partlayıcı qurğunu isə hissələr şəkilində ayrı-ayrılıqda keçirərək göyərtədə yığmağı planlaşdırıblar.
 
Məlumata görə, həmin gün bərədə 170-ə yaxın sərnişin, Türkiyə şirkətinə məxsus yük avtomobilləri və həmin şirkətin heyəti olub.
 
Qeyd edilir ki, xüsusi xidmət orqanları terror aktının törədiləcəyindən əvvəlcədən xəbər tutub.