XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

12 Sentyabr 2017 - 15:14

Bakının daha iki parkında pulsuz"Wi-Fi" olacaq

“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini "Dədə Qorqud" və "Nərimanov" parklarınadək genişləndirib.

Bu barədə özəl olaraq telekommunikasiya bazarındakı mənbədən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu parklarda pulsuz İnternet yaxın zamanlarda aktiv olacaq.

Qeyd edək ki, Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun" və "Muğan" bağları daxildir.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.//Trend