XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

13 Sentyabr 2017 - 09:06

Qurban Qurbanov:“”Çelsi” ilə oyunda yol verdiyimiz səhvləri aradan qaldırmalıyıq”

“Çelsi” komandasını və baş məşqçi Antonio Konteni təbrik etmək istəyirəm. Bizim üçün çətin oyun oldu”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Çelsi” ilə səfər qarşılaşmasından sonra təşkil edilən mətbuat konfransında deyib.

“Çelsi” komandasının olduqca gözəl oyun nümayiş etdirdiyini vurğulayan Qurban Qurbanov bildirib: “Mən əvvəlcə də demişdim ki, “Çelsi” bu turnirin favoritlərindən biridir. Oyunda çoxlu səhvlərə yol verdik. Lakin bu səhvlərimizi aradan qaldırmalıyıq. Komandamızın oyun tərzindən razıyam. Biz həmişə bu mötəbər turnirdə iştirak etmək istəmişik. UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etdiyimiz üçün çox məmnunuq”.