XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2015 - 16:35

Azərbaycan ÜTT-yə üzvlüyü üçün növbəti danışıqlara başlayır

Martın 3-7-də Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizin ümumdünya Ticarət Təşkilatına (üTT) üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədilə Cenevrəyə səfər edəcək. Bu barədə Strateq.az XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Görüşlər zamanı ölkəmizin ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkəmizin ticarət siyasəti kimi məsələlər müzakirə olunacaq.