XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2015 - 16:43

Tehran və Bakı elektrik enerjisi mübadiləsinə razılaşıblar

Iran-Azerbaycan.jpg

Strateq.az IRNA agentliyinə istinadən xəbər verir ki, İran və Azərbaycan arasında elektrik enerjisinin mübadiləsi və satışı üzrə razılaşma imzalanıb.

Sənədin imzalanma mərasimində Azərbaycanın İqtisadiyyat və Sənaye naziri Şahin Mustafaev və İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi iştirak edib.

Tehranda əldə olunmuş razılaşma iki ölkənin elektrik sisteminin bir-birinə bağlanmasını nəzərdə tutur. Elektrik enerjisinin mübadiləsi 2016-ci ilin ilk rübündə başlanmalıdır.

Razılaşma Tehranda keçirilən İran-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində imzalanıb.

IRNA bildirir ki, sənəd Azərbaycan, Gürcüstan və Rusiya elektrik sistemlərinin əlaqələndirilməsinə zəmin yaradacaq.

Tehranda keçirilən danışıqların nəticəsi olaraq ölkələrin limanları və bank sahəsindəki əməkdaşlığı da gücləndirmək qərara alınıb.