Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın Azərbaycana səfəri zamanı Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bu barədə Trend-ə Pakistanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. S.Amanın səfəri sentyabrın 19-22-də baş tutacaq.