Prezident İlham Əliyev Xanım Məmməd qızı İbrahimovanın Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az bildirir ki, Xanım İbrahimova buna qədər Avstriyadakı səfirliyimizdə və Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində çalışıb.