XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2017 - 16:25

2024 və 2028-ci il Yay Olimpiya Oyunları hansı ölkələrdə keçiriləcək? –Ev sahibləri məlum oldu

2024 və 2028-ci ildə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi bu barədə qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib.

Qərara əsasən, 2024-cü ildə Olimpiadanı Fransanın paytaxtı Paris qəbul edəcək. Növbəti 4 illiyin ən möhtəşəm yarışı isə ABŞ-da baş tutacaq. Olimpiyaçılar 2028-ci ildə Los-Ancelesdə bir araya gələcəklər.

Qeyd edək ki, 2020-ci ildə Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda olacaq.