XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 11:06

Aşıq Ədalət Qazaxda dəfn olunacaq –Cənazə artıq rayona yola salınıb

Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalət (Nəsibov) Qazaxda dəfn olunacaq.

Bu barədə "Report"a Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov məlumat verib. O qeyd edib ki, Aşıq Ədalətin nəşi artıq Qazaxa yola salınıb : "Dəfn mərasimi Qazaxda keçiriləcək. Biz də vida mərasimində iştirak etmək üçün hazırda Qazaxa gedirik".

Xatırladaq ki, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra sentyabrın 14-də, 78 yaşında vəfat edib.