XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2017 - 11:54

Azərbaycan-Fransız Universitetinin  yeni binasının açılışı olacaq –Fransa XİN-nin dövlət katibi Bakıya gəlib

Bu gün Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni binasının açılışı olacaq.

Fransanın ölkəmizdəki səfriliyindən Strateq.az saytına bildiriblər ki, açılış mərasimində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lemuan, və Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin araşdırmalar və İnnovasiyalar şöbəsinin baş direktoru Alen Berets, Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez iştirak edəcək.

Tədbirlə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti və Fransanın Kimya Tədqiqatlar Fondu ilə birgə UFAZ Fondunun yaradılması barədə müqavilə imzalanacaq. Bu Fond Fransa, Azərbaycan və beynəlxalq şirkətlərə UFAZ-ın gələcək inkişafı və onun tədqiqat fəaliyyətinə dəstək vermək imkanı yaradacaq.

Strateq.az