XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2017 - 16:10

Hindistan Neft və Qaz Korporasiyasının nümayəndələri Bakıya gəlib

Neft və Qaz Korporasiyasının (Videsh Limited) ONGC(VL)  MDB üzrə Regional Prezidenti Balbir Singhin rəhbərlik etdiyi Hindistan nümayəndə heyəti Azərbaycan hökuməti və SOCAR ilə tərəfdaş şirkətlər arasında  Hasilatın Pay bölgüsü haqqında dəyişdirilib və yenidən işlənmiş Sazişin imzalanma mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Hindistan səfirliyinin Strateq.az saytlna verdiyi məlumata görə, ONGC(VL) 2012-ci ildən etibarən Azərbaycanın neft və qaz sənayesində tərəfdaşıdır. Bakıya səfəri çərçivəsində Balbir Singh SOCAR rəsmiləri, BP və digər tərəfdaşlarla görüşlər keçirib. Bakıya mütəmadi olaraq səfər edən Balbir Singh şəhərin memari gözəlliyi və sürətli inkişafından heyrətləndiyini bildirib. Qonaq qeyd edib ki, ONGC (VL) Azərbaycanın neft və qaz sənayesi ilə tərəfdaşlığı davam etdirmək və bütün tərəfdaşların qarşılıqlı mənfəəti naminə daha da genişləndirmək niyyətindədir.

Strateq.az