AXC hakimiyyəti dönəmində Milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, müstəqil Azərbaycanın sonradan akademiyaya çevrilən ilk xüsusi xidmət məktəbinin yaradıcısı olmuş, hazırda Azad Demokratlar Partiyasına (AzDP) sədrlik edən Sülhəddin Əkbərin yazdığı “Dövlət siyasətinin əsasları” adlı kitabın təqdimetmə mərasimi olacaq.
Strateq.az xəbər verir ki, “Qanun” nəşriyyatında çap olunan kitabın təqdimetmə və imza mərasimi də sabah – sentyabrın 16-da saat 12.00-da elə nəşriyyatın yerləşdiyi binada – Tbilisi prospekti 76 ünvanda, Vətəndaş Həmrəyliyi Prtiyasının akt zalında keçiriləcək.
KİV nümayəndələri tədbirə dəvətlidirlər.