XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 20:47

Britaniyanın dövlət naziri:“Britaniya Azərbaycan məmurlarının pul “yumasına” dair yazıları araşdırmaq niyyətində deyil”

“Britaniya hökuməti bəzi Azərbaycan rəsmilərinin offşor zonalar vasitəsilə ilə pul “yumasına” dair mediada gedən xəbərləri araşdırmaq niyyətində deyil”.

Strateq.az bildirir ki, bu sözləri   Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət katibi Alan Dunkan BBC-ə verdiyi müsahibədə deyib.

Alan Dunkan qeyd edib ki, Britaniyada mətbuat azaddır: “Əgər bir qəzet bunları demək istəyirsə deyə bilər. Bizdə azad mətbuat var. Məncə, bu çox köhnə xəbərdir. Düşünürəm ki, biz bütün diqqətimizi bu hekayəyə verməməliyik. Və ümid edirəm ki, bu Britaniya və Bakı arasında əlaqələrin gərginləşməsinə səbəb olmayacaq”.

Onun sözlərinə görə, parlament deputatlarının baş nazir Tereza Meyə bu qalmaqalı araşdırmaq barədə çağırışları da ənənvi reaksiyanı doğurub: “Qəzetlərdə həmişə belə şeylər yazılanda bəzi deputatlar “bunu araşdırmalıyıq” deyirlər. Ya da bundan istifadə edib başqalarını tənqid edirlər. Məncə bu məsələdə bu lazımsızdır”.

Britaniyalı rəsmi həmçinin Britaniyanın Avropa İttifaqından çıxışından sonra Azərbaycanla genişlənmə potensialı olan ticarət əlaqələri barədə də öz fikirlərini paylaşıb.