XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2017 - 23:55

Tereza Mey prezident İlham Əliyevi Britaniyaya dəvət edib:“Lütfən, gəlin bizi ziyarət edin”

Baş naziri Tereza Mey Azərbaycan prezidenti İlham Əliyevi Böyük Britaniyaya səfərə dəvət edib.

Strateq.az bildirir ki, bu barədə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət katibi Alan Dunkan BBC-ə verdiyi müsahibədə bildirib.

O deyib ki, bununla bağlı xüsusi məktubu prezidentə təddim edib: “Mən prezident Əliyevlə çox yaxşı görüş keçirdiyimə görə məmnunam. Ona baş nazir Tereza Meyin ünvanladığı xüsusi məktubu çatdırdım. Məktubun sonunda yazılmışdı ki, “lütfən gəlin bizi ziyarət edin”. Və mən onları Londonda bir yerdə görməkdən çox şad olardım”.

Dunkan deyib ki, görüşün vaxtı hər iki liderin gündəliyindən asılıdr: “Məktubunda baş nazir Əliyevi yeni neft müqaviləsinə və ikitərəfli münasibətlərə görə təşəkkür edib və prezidenti Londona dəvət edib. Ümid edirəm ki, görüş üzümüzə gələn aylarda keçiriləcək”.