Sentyabrın 16-da Topaz Premyer Liqasının V turuna “İnter”-“Sumqayıt” oyunu ilə start verilib.
Azərtac xəbər verir ki, baş hakim Ramil Diniyevin idarə etdiyi matç 1:1 hesabı ilə başa çatıb. Görüşün 11-ci dəqiqəsində “İnter”in oyunçusu Sərtan Taşkın hesabı açıb. İlk hissə bu hesabla başa çatıb.
Matçın ikinci hissəsinin əvvəlində “Sumqayıt” klubu hesabı bərabərləşdirib. Oyunun 49-cu dəqiqəsində Rəşad Eyubov fərqlənib – 1:1.
Günün digər görüşündə isə “Neftçi” komandası “Zirə” ilə qarşılaşacaq.