XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2017 - 21:35

Smartfonu Bluetooth vasitəsilə 10 saniyəyə dağıda bilənvirus aşkarlanıb

Armis Labs firmasının mütəxəssisləri qurğunu Bluetooth vasitəsilə 10 saniyəyə dağıtmağa qadir olan virus aşkarlayıblar.

Azərtac xəbər verir ki, Wired nəşrinin yaydığı məlumata görə, Blueborne adlandırılan virus kompüterlər və mobil qurğulara nəzarət etmək imkanı yaradır. Bu zaman yoluxdurma üçün Bluetooth-u işə salmaq kifayətdir. Sındırılma prosedurunun özü isə cəmi 10 saniyə vaxt aparır.

Armis Labs ekspertləri vurğulayıblar ki, BlueBorne, həmçinin kibercasusluq, məlumatların oğurlanması, pul qoparmaq niyyəti güdən proqramların tətbiqi məqsədləri ilə istifadə oluna bilər. Aşkar edilmiş zəif nöqtələr Android, Linux, Windows və iOS-un onuncu versiyalarınadək bütün qurğularda mövcuddur. Bluetooth-u olan bütün belə qurğuların sayı dünyada 8,2 milyarda çatır.