XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2017 - 12:10

Sabah hava necə olacaq? –Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  19-21°, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  45-55 % olacaq. 

Azərbaycanın rayonlarında sentyabrın 18-də hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.