XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 16:16

Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxılıb – FOTO

Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb.

Apa.az-ın news.am-a istinadən verdiyi məlumata görə, dekabrın 23-də Lori rayon Məhkəməsi onu təqsirli hesab edərək, barəsində 5 ay azadlıqdan məhrum etmə hökmü çıxarılıb. T.Mikayılov iyulun 23-dən həbs olunduğu və 5 ay həbsdə qaldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Turqay Mikayılov bu il iyulun 23-də Gürcüstandan Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə piyada keçib. O, həmin vaxt içkili vəziyyətdə olduğunu bildirib. 34 yaşlı azərbaycanlıya Cinayət Məcəlləsinin “sərhədləri qanunsuz keçmə” maddəsi ilə cinayət işi açılıb.