XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

17 Sentyabr 2017 - 15:25

Banqladeşə sığınan Arakan qaçqınları aclıq təhlükəsi ilə üzləşib –Xəbərdarlıq

“Save the Children” Xeyriyyə Fondu Myanmanın Arakan əyalətindən Banqladeşə üz tutan qaçqınların ərzaq, sığınacaq və su çatışmazlığından həyatlarını itirmək təhlükəsi ilə üzləşdikləri barədə xəbərdarlıq edib.

Bu barədə xəbərdarlıq “Save the Children” Xeyriyyə Fondunun saytında yerləşdirilib.

Bundan öncə Beynəlxalq Miqrasiya Təşkilatı avqustun 25-dən sentyabrın 15-dək Myanmadan Banqladeşə gələn müsəlman qaçqınların sayının 409 minə çatdığını açıqlayıb. “Save the Children” Xeyriyyə Fondu isə son 3 həftə ərzində Banqladeşin Koks-Bazar şəhərinə 380 mindən çox qaçqının gəldiyini nəzərə çatdırıb. Əgər qaçqın axını bu tempdə davam edərsə, bu ilin sonuna qədər Myanmadan Banqladeşə üz tutan qaçqınların sayı 1 milyon nəfəri keçə bilər. 

APA