XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2017 - 18:58

Daxili işlər naziri:"Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi azaldılıb"

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi ən yüksək "kritik"dən "ciddi"yə qədər azaldılıb.

Bunu Böyük Britaniyanın daxili işlər naziri Ember Radd "BBC" telekanalının efirində bildirib.

Xəbər verildiyi kimi, Londonda baş verən terror aktından sonra Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi ən yüksək "kritik"ə qədər qaldırılmışdı.

Qeyd edək ki, sentyabrın 15-i səhər saatlarında Böyük Britaniyanın paytaxtı Londonda "Parsons Green" metrostansiyasında partlayış baş verib. Partlayış nəticəsində 30 nəfər xəsarət alıb/Trend.