XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2017 - 19:39

ABŞ Kubadakı səfirliyini bağlaya bilər –Sensasion səbəb

ABŞ Kubadakı səfirliyinin bir neçə əməkdaşının akustik hücumun təsirinə məruz qalmasından sonra səfirliyin bağlanması məsələsi gündəlikdədir.

Bunu bu gün ABŞ dövlət katibi Reks Tillerson bildirib.

R. Tillerson ABŞ-ın Kubadakı səfirliyinin bağlanması məsələsinə baxıldığını qeyd edib.

Qeyd edək ki, avqust ayında ABŞ Dövlət Departamenti ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşının xüsusi cihaz vasitəsi ilə akustik hücuma məruz qaldığını bəyan edib. Həkimlər həmin diplomatlara yüngül kəllə-beyin travması diaqnozu qoyublar/APA.