XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2015 - 07:32

“Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışı davam etdirilir

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən “Trend”-ə verilən məlumata görə, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsöndürmə gəmisi özüldəki yanğının söndürülməsi, Aviasiya dəstəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarışını davam etdirir.