XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2015 - 08:34

Yanacaqdoldurma məntəqəsinə silahlı basqın

 

 

 

 

 

 

Cəlilabad rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

Hadisə rayonun Alar kəndində yerləşən “Alpetrol” yanacaqdoldurma məntəqəsində baş verib.

Məntəqənin əməkdaşları basqınçılara müqavimət göstərib. Bu səbəbdən də basqınçılar heç nə əldə edə bilməyib, onlar əllərindəki silahdan bir neçə dəfə atəş açaraq qaçıblar.

Atəş nəticəsində məntəqənin şüşələri qırılıb.

Faktla bağlı araşdırma aparılır. Hadisə yerindən gilizlər aşkarlanıb.