XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 12:24

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

Sentyabrın 20-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  14-19°, gündüz  31-36° isti, dağlarda gecə 11-16°,  gündüz 21-26° isti olacağı gözlənilir.