XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 21:02

Trampdan daha iki ölkəyə mesaj:"Köklü islahatlar aparılanadək sanksiyaları götürməyəcəyik”

“Kuba hakimiyyət orqanları lazımi islahatları həyata keçirməyənədək ABŞ sanksiyaları aradan qaldırmayacaq”.

Bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında deyib.

D.Tramp bildirib ki, ABŞ, Kubadakı sabitliyi pozan rejimə qarşıdır və kubalıların azad yaşamaq xəyalını dəstəkləyir: “Ancaq Kubada köklü islahatlar aparılanadək sanksiyaları götürməyəcəyik”.

D.Tramp onu da əlavə edib ki, ABŞ Venesuelada Nikolas Maduronun "korrupsiya rejiminə" təzyiq göstərməkdə davam edəcək: “ABŞ Venesuelada ədalətli hakimiyyətin bərpası üçün mühüm addımlar atacaq. Əgər Maduro avtoritar siyasətini davam etdirərsə, başqa addımlar da atmağa hazırıq”.

N.Maduronu qanuni seçilmiş hökumət nümayəndələrini səlahiyyətlərindən məhrum etməkdə ittiham edən D.Tramp onu qeyd edib ki, N.Maduronun bu rejimi insanların əzab çəkməsinə səbəb olur/APA.