XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 14:52

Xətai Polisi veteranlarla görüş keçirdi – FOTO

xetai-pi-1.jpg

Bu gün Xətai Rayon Polis İdarəsinin akt zalında veteran əməkdaşlarla keçirilən görüşdə diqqətimi bəzi nüanslar çəkdi. Hiss etdim ki, bu görüşü təkcə veteranlar deyil, elə gənc həmkarlarımız da səbirsizliklə gözləyirlər. Düzdür, RPİ-də müxtəlif mövzularda keçirilən görüşlərə veteranlar dəvət olunur, ancaq bu görüş, sözün əsl mənasında, səmimiyyət üzərində qurulub.

Veteranları və gənc əməkdaşları hərarətlə salamlayan İdarənin rəisi, polis polkovniki Muradəli Babayev çıxışına mərhum prezident Heydər Əliyevin “Veteranlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur” fikri ilə başladı.

Qeyd olundu ki, respublikada polis veteranı hərəkatını gücləndirmək, ölkədə əmin-amanlığın qorunmasını, cinayətkarlığa qarşı qətiyyətli mübarizəni təmin etmək, cəmiyyətdə polis haqqında müsbət rəyin formalaşmasında iştirak etmək, onların təcrübəsindən yararlanmaq, eləcə də onların öz problemlərinin həllində kömək göstərmək məqsədilə görülən tədbirlər öz nəticələrini göstərməkdədir.

Bildirildi ki, bu gün cəmiyyətimizdə peşəkar polis veteranlarına, onların təcrübələrinə böyük ehtiyac var. Bir sıra xarici qüvvələrin pozuculuq fəaliyyətinə, xüsusilə müxtəlif dini cərəyanlar vasitəsilə yeniyetmə və gənclər arasında aparılan fitnəkar təbliğata, narkomaniyaya qarşı mübarizədə onların yardımı əvəzolunmazdır.

Rayonda 1200 nəfərdən çox veteranla, bir zamanlar polis orqanlarında çalışan insanlar arasında daha sıx əlaqənin yaradılmasının vacibliyindən söhbət açıldı.

Bakı Şəhər Baş Polis İdarəsi Veteranlar Şurasının sədri Emin Məmmədov belə tədbirlərin keçirilməsində xüsusi həssaslıq göstərən, həm peşə borcuna sadiq olan, həm də vətəndaş mövqeyi nümayiş etdirərək cəmiyyətdə baş verən bəzi neqativ halların qarşısının alınmasında, xüsusilə də DİN rəhbərliyinin diqqət yetirdiyi əsas prioritetlərdən biri kimi gənclərlə işin qurulmasında polis veteranlarının təcrübəsindən yararlanan, mütəmadi olaraq, məktəblərdə, müxtəlif əmək kollektivlərində belə vacib görüşlər təşkil edən şəxslərə öz təşəkkürünü bildirdi: “ölkəmizdə gənclərin sağlam, intellektual səviyyəli inkişafı həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. ölkə gənclərinin vətənpərvərlik ruhunda tərbiyə edilməsi  və dövlətçiliyə sədaqət ruhunda yetişməsi  üçün biz polis veteranlarının da üzərinə böyük məsuliyyət düşür”.

Qonaq qismində dəvət olunmuş Nərimanov RPİ-nin Veteranlar Şurasının sədri 83 yaşlı Paşa Kərimov polis orqanlarının rəhbərlərinin veteranlarla işə verdikləri önəmin faydasından söz açdı və  xidmətdə olan həmkarlarımıza cinayətkarlıqla mübarizə işində, asayişin qorunmasında, ölkəmizdə gedən inkişaf prosesinə yenidən öz töhfələrini verməsi üçün yaradılmış şəraitdən, ali diqqət və qayğıdan  məmnunluğunu bildirdi.

Xətai RPİ Veteranlar Şurasının sədri Nazim Xıdırov bir zamanlar daxili işlər orqanlarında üzləşdikləri çətinliklərdən danışdı. Qeyd etdi ki, bu gün polisin işləməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. DİN hər cür texniki vasitə, avadanlıqla təchiz olunub.

Tədbirə yekun vuran rəis, polis polkovniki Muradəli Babayev daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, cinayətlərin açılmasında, profilaktikasında, təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanacaqlarını vurğuladı.

Sonda veteranlarla birlikdə xatirə şəkli çəkdirildi.

 

Hafiz Təmirov,

polis kapitanı

xetai-pi-2.jpg

xetai-pi-3.jpg