XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

20 Sentyabr 2017 - 19:22

Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyətiAzərbaycanda səfərdədir

Azərbaycanda rəsmi səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər xiyabanını ziyarət edib, gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Azərbaycan müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.