XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2017 - 12:46

Allahşükür Paşazadə Türkiyəyə gedəcək –Sentyabrın 23-də

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə sentyabrın 23-də Türkiyəyə səfərə yola düşür.

Bu barədə QMİ-dən verilən məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam tarix, incəsənət və mədəniyyət tədqiqatları Mərkəzi (İRCİCA) və Türkiyə “Marmara” Universiteti ilə birlikdə bu ilin sentyabr ayının 25-də  İstanbul şəhərində keçirəcəyi «İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Azərbaycan prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərin ardınca İstanbulda baş tutacaq «İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında» mövzusunda Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Milli Məclis üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək.

Şeyxülislam Allahşükür Paşazadənin Türkiyəyə səfəri çərçivəsində Türkiyə Diyanət İşləri Başqanı vəzifəsinə yeni seçilmiş d-r Əli Erbaş və digər nüfuzlu şəxslərlə görüşləri nəzərdə tutulub/Modern.az.