XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2017 - 16:56

Kiçikhəcmli gəmiləri sürənlər də sürücülük vəsiqəsi alacaq –Hökumətdən yeni qərar

Kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün sürücülük vəsiqəsi almalı olacaqlar.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"nda dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən verilmiş sürücülük vəsiqələrinə malik olmalıdırlar.

İndiyədək mövcud olan qaydalara görə isə kiçikhəcmli gəmilərin sürücüləri Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin İxtisas Komissiyası tərəfindən verilmiş mühərrikli və yelkənli qayıqların idarə olunması hüququnu verən şəhadətnaməyə malik olmalı idilər.