XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2017 - 19:00

Səudiyyədən sosial şəbəkələrlə bağlı qərar –Səsli və videozənglərə qoyulmuş qadağa ləğv olundu

Səudiyyə Ərəbistanı hakimiyyəti "Skayp", "Vatsap", "Feysbuk” “Messencer", "Vayber" və başqa analoji xidmətlər daxil olmaqla, məşhur messencerlər vasitəsilə səsli və videozənglərə qoyulmuş qadağanı ləğv edib.

Bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, ölkənin hakimiyyət orqanları messencerlərin monitorinqini həyata keçirəcək və qanunsuz məzmunu bloka salacaq.

Kommunikasiya və informasiya texnologiyaları üzrə komissiyanın nümayəndəsi bildirib ki, istifadəçilər heç bir halda ölkə daxilində və ya xaricə monitorinqsiz və senzurasız zəng edə bilməyəcək.

Qeyd edək ki. 2013-cü ildə Səudiyyə Ərəbistanı hakimiyyəti qonşu ölkələr kimi internetə ciddi məhdudiyyətlər tətbiq etmişdi. Bu, messencerlərin etirazçı fəallar və qiyamçılar tərəfindən istifadə edilməsi ilə bağlı narahatçılıqla izah edilmişdi/Axar.az.