Azərbaycan prezidenti İlham Əliyev Mali Respublikasının prezidenti İbrahim Bubakar Keytanya ölkəsinin milli bayramı münasibəti ilə təbrik məktubu göndərib.
Strateq.az həmin təbrik məktubunu təqdim edir:
"Hörmətli cənab Prezident,
Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcək.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram”.