XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

21 Sentyabr 2017 - 23:47

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar yaradıldı –Qərar

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar yaradılıb.

Nazirlər Kabineti bununla bağlı “ Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı” və “Ali təhsilin magistratura səviyyəsi üzə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən bakalavriat səviyyəsi üzrə “Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində  bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik və şərabçılıq ixtisasları, ali təhsilin magistratura səviyyəsi üzrə “Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində  ekoloji kənd təsərrüfatı, “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində landşaft bağçılığı, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində aqrobiznes ixtisasları yaradılıb/APA.