XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 December 2015 - 11:21

AMEA-da 4 qurum ləğv edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 4 qurumu ləğv edilib.

“Trend”-in məlumatına görə, Nazirlər Kabinetinin Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında qərarına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi, “Selen” Elmi İstehsalat Birliyi, Reagentlərin İşlənməsi və Xalq Təsərrüfatı üzrə İstehsalat Təcrübəli Xüsusi Konstruktor Texnoloji Bürosu və Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu ləğv edilib.