Düşmənin pilotsuz uçan aparatı məhv edilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Mətbuat xidmətindən bildiriblər ki, dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.