XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2015 - 12:11

Dövlət Komitəsində ixtisarlar aparılıb

azstandart.jpg

Bu yaxınlarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv ediləcəyi ilə bağlı mətbuatda məlumatlar yayılmışdı. İddialar rəsmi şəkildə özünü doğrultmasa da, hesab edilirdi ki, dövlət komitəsinin ləğv ediləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov bildirib ki, qurumun ləğv olunmasından söhbət gedə bilməz və bu məsələ gündəmdə deyil.

Komitə rəsmisinin sözlərinə görə, hazırda qurumda islahatlar aparılır: “Dövlətin mülkiyyətində, sərəncamında olan bir sıra qurumlar bizdən ayrılır. Beynəlxalq hüquq normalarına uyğun olaraq eyni strukturun tərkibində həm dövlət nəzarəti, həm də sertifikat verilə bilməz. çünki bir qurum bunu edirsə, bütün hallarda keyfiyyətsiz məhsullara sertifikat verilirsə, burada nəzarətə göz yumulacaq. Bu baxımdan, həmin sahədə liberallaşma gedir və bizim tabeçiliyimizdə olan bir sıra qurumları, o cümlədən sertifikatlaşma sahəsini ayırıb müstəqil qurumlarda akkreditasiya etmişik. Artıq sertifikat müstəqil qurumlar tərəfindən verilir. Bundan əlavə, qeyd edim ki, bizdə sertifikatla məşğul olan qurumlar var idi, onların fəaliyyəti dayandırılıb. Həmin sahədə müəyyən ixtisarlar aparılıb”.

Aparat rəhbəri qeyd edib ki, sahibkarlıq subyektlərinə 2 il müddətinə müdaxilə edilməsinə qadağa qoyulub: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dövlət nəzarəti xidmətinə birmənalı olaraq tapışırılıb ki, sahibkarlıq subyektlərində yoxlamalar dayandırılsın. Amma biz təsərrüfat subyektinə müdaxilə etmədən bazarda monitorinqlər keçiririk. Məhsullardan nümunə götürülür və laboratoriyada baxılır. ölkənin daxili bazarının qorunması, ərzaq təhlükəsizliyinin təmin olunması və keyfiyyətsiz məhsulların bazara daxil olmaması üçün monitorinqlərimiz davam etdirilir”.

azvision.az