XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2017 - 14:32

Alman Bundestaqının üzvləri Bakıya gəlir

Almaniya Parlamentinin nümayəndə heyəti  Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədilə 02-04 oktyabr 2017 tarixlərində Bakıya səfər gələcək.

Almaniyanın ölkəmizdəki səfirliyinən Strateq.az saytına bildiriblər ki, Alman nümayəndə heyətinə Bundestaqın deputatı Kai Gerinq rəhbərlik edəcək. İPS proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü 1 mart-31 iyul 2017-cil tarixinədək Alman Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edir. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların verilməsi proseslərinin yaxından şahidi olmaqdır. Təqaüdçülər alman parlamentinin bir deputatının yanında işləyir və eyni zamanda Berlin universitetlərinin birində tələbə olaraq qeydiyyata alınırlar. Taqaüdçülər həmçinin parlamentdəki fəaliyyətlərində əlavə olaraq universitetin mühazirə və seminarlarında da iştirak edə bilirlər.

Bu proqram Alman Bundestaqının prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Alman Bundestaqı tərəfindən ödənilir.

Hər il dekabr ayından etibarən İPS proqramında iştirak etmək üçün müraciət ərizələri Bakıdakı alman səfirliyinə təqdim olunur. Səfər çərçivəsində alman nümayəndə heyəti Bakıda siyasət, iqtisadiyyat və təhsil sahələrindən nümayəndələrlə görüşlər keçirəcək. Mövcud əlaqələri və şəbəkəni inkişaf etdirmək üçün İPS proqramının məzunları ilə dəgörüş nəzərdə tutulub. Bir çox ölkədə olduğu kimi Azərbaycanda da İPS məzunları şəbəkələşmək məqsədilə birlik təsis edib.

L.SƏMLA

Strateq.az