Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dostluq səfəri ilə Azərbaycanda olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket və “MB-58” dəniz yedək gəmiləri bu gün Bakı limanını tərk ediblər.