“Bəzi kütləvi informasiya vasitələrində Bakı İstintaq Təcridxanasında intihar etmiş, Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş Manaf Paşayevin ondan bir neçə gün əvvəl intihar etmiş digər təqsirləndirilən şəxs – hüquq mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə həqiqəti əks etdirməyən və tam yalan məlumatlar yayılıb”.
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin azertag.az-a məlumatında bildirilir.
Məlumata görə, cəza-icra qanunvericiliyinə əsasən, əvvəllər hüquq mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmayıb, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilib:
“Heç bir həqiqəti əks etdirməyən bu kimi yanlış məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədini daşıyır və mətbu orqanına nüfuz gətirmir”.