XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

23 Sentyabr 2017 - 11:13

Xədicə İsmayıl məhkəməyə müraciət edib- Ölkədən çıxışına məhdudiyyətin götürülməsi ilə bağlı

Jurnalist Xədicə İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı məhkəmənin çıxardığı qərardan apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 25-nə təyin edilib.
İşə hakim Namiq Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. 2016-cı ilin may ayının 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, daha əvvəl də X.İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib.

X.İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin olunmuş sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından kənara çıxışına qoyulmuş məhdudiyyətin götürülməsinə dair yenidən ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib.